Prezident Ukraynaya yeni səfir təyin etdi


Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Seymur Qurban oğlu Mərdəliyev vəzifəsindən geri çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top