
Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Tvitterdə paylaşım edib.
“Bu günü (22 may – red.) xəstəxanada siyasətdən xaric bir gündəmlə keçirdim. Haqqımda bəzi şayiələr çıxarıldığını eşidirəm. Heç biri gerçək deyil. Zəng edib şəfalar diləyən bütün dostlaırma təşəkkür edirəm”, - paylaşımda bildirilib.
Qeyd edək ki, M.İncə Türkiyədə keçirilən prezident seçkilərində öz namizədliyini təsdiq etmiş 4 siyasətçidən biri idi. Lakin o, seçkiyə bir neçə gün qalmış namizədliyini geri götürüb.
Bugünü hastanede siyasetin dışındaki bir gündemle geçirdim. Hakkımda bazı söylentiler çıkarıldığını duyuyorum. Tümü gerçek dışıdır. Arayıp geçmiş olsun dileklerini ileten bütün dostlarıma teşekkür ederim. pic.twitter.com/hd8RJts1rn
— Muharrem İNCE (@vekilince) May 22, 2023