
Türkiyədə Sinan Oğanın rəhbərlik etdiyi “Ata İttifaqı" dağılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümit Özdağın rəhbərlik etdiyi "Zəfər Partiyası"ndan bildirilib.
Qeyd olunub ki, “Ata İttifaqı" birgə qərar qəbul etmək və addımlamaq seçimlərindən imtina edib. Qurumda təmsil olunanların ayrı-ayrılıqda özlərinin qərar qəbul edəcəkləri vurğulanıb.
Xatırladaq ki, Sinan Oğan bugünkü açıqlamasında “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini qeyd edib. “Ata İttifaqı"na daxil olan "Ədalət Partiyası" isə "Millət İttifaqı"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu dəstəklədiklərini açıqlayıb.
"Zəfər Partiyası"nın sədri Ümit Özdağın kimi dəstəkləyəcəyi barədə sabah açıqlama verəcəyi gözlənilir.
"Sinan Oğanın açıqlaması "Zəfər Partiyası"nı təmsil etmir. "Zəfər Partiyası" adından açıqlamanı sabah saat 11-də mən edəcəm”, - deyə o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz