
"Ermənistan və Azərbaycan Vaşinqtonda keçirilən dördgünlük görüşdə sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gələ biliblər".
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə birgə keçirilən mətbuat konfransında deyib.
"Vaşinqtonda da müəyyən irəliləyişlər oldu, xüsusən də sülh müqaviləsi layihəsinin iki maddəsi razılaşdırıldı, biz qalan maddələr haqqında səmimi danışa bildik, qeyd edim ki, belə danışıqlar zamanı tərəflər bir-birini daha yaxşı başa düşürlər", - Mirzoyan deyib.
Onun sözlərinə görə, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri çox uzaqdır.
Tətbiqimizi yükləyə bilərsiniz