"86,6 min kvadratkilometrə Qarabağ da daxildir" - Paşinyan

paşinyan islandiyaya getdi
"Sahəsi 86,6 min kvadratkilometr olan Azərbaycan ərazisinə Qarabağ da daxildir".
Yeniavaz.com
"Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında 86,6 min kvadratkilometr ərazisi olan Azərbaycan ərazisinə nələrin daxil olması ilə bağlı sualı cavablandırarkən deyib.
Mətbuat konfransı zamanı Ermənistan hökumətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımaması ilə bağlı sualı cavablandıran Paşinyan qeyd edib ki, ölkənin bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:
"Əgər Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, İrəvan Azərbaycanın ərazi bütövlüyünü müəyyən edilmiş sərhədlər daxilində, Bakı isə 29 800 kvadratkilometr daxilində Ermənistanın ərazi bütövlüyünü tanıyır".
Ermənistan hökumətinin başçısı vurğulayıb ki, Qarabağda yaşayan ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Xankəndi ilə Bakı arasında müzakirə olunmalıdır və beynəlxalq təminat lazımdır.
Qeyd edək ki, bundan əvvəl Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisi daxilində ərazi bütövlüyünü tanıdığını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top