4 ayda “Paşa Sığorta” 323 milyon, "Naxçıvansığorta" isə 1 milyon yığıb


Bu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən ümumilikdə 467 milyon 530 min manat sığorta haqqı yığılıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta şirkətləri tərəfindən yığılan sığorta haqqı 30% və ya 108 milyon manatdan çox artıb.
Yığılan sığorta haqqının yarıdan çoxunu – 69%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb. 
"Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 323 milyon manat olub.
Qeyd edək ki, “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.
Ən çox sığorta haqqı toplayanların ilk 5-liyini 34 milyon manatlıq yığımla “Qala Sığorta” ASC, 22 milyon manatlıq yığımla “Atəşgah Həyat” ASC, 10,5 milyon manatlıq yığımla “Aqrar Sığorta” ASC tamamlayır.
Ən az sığorta haqqı toplayan şirkət isə 968 min manatlıq yığımla "Naxçıvansığorta" ASC olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top