G7 sammiti başa çatdı


Böyük Yeddilik Qrupunun (G7) liderləri və Xirosima sammitinə dəvət olunmuş dövlətlər proqram çərçivəsində planlaşdırılan bütün iş sessiyalarını başa vurublar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.
Bildirilib ki, cəmi üç gün ərzində keçirilən 10 sessiyada Ukrayna ətrafındakı vəziyyət, Çinlə münasibətlər, dünya iqtisadiyyatının problemləri, nüvə tərksilahı, G7-dən kənar tərəfdaşlarla əməkdaşlıq və digər məsələlər müzakirə edilib.
Mayın 20-də G7 sammitinə dəvət olunmuş Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri də qatılıblar. Bundan əlavə, bazar günü Yaponiyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələlərinə dair iki sessiyada, o cümlədən G7-dən kənar ölkələrin liderləri ilə geniş tərkibdə görüşdə iştirak edib.
Zelenski ilə ilk iclasda G7 liderləri Ukraynaya diplomatik, maliyyə, humanitar və hərbi yardım göstərməklə bağlı öhdəliklərini davam etdirəcəklərini təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top