ABŞ-ın Ukraynaya F-16 verəcəyi bildirilir


Vaşinqton Kiyevə F-16 döyüş təyyarələrinin çatdırılmasına icazə verib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, ABŞ Qərb müttəfiqlərinə F-16 da daxil olmaqla qabaqcıl döyüş təyyarələrinin Ukraynaya tədarük edilməsinə icazə verəcəyini açıqlayıb. ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib ki, Prezident Co Bayden Yaponiyada keçirilən sammitdə G7 tərəfdaşlarını bu barədə məlumatlandırıb.
Sallivan həmçinin qeyd edib ki, ABŞ hərbçiləri ukraynalı pilotlara reaktiv təyyarələrdən istifadə etməyi də öyrədəcək.

DİGƏR XƏBƏRLƏR

Top