Şagirdi sinifdə qamçı ilə döydü - Video


Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbər verir ki, hadisə Sumqayıtda Tədris mərkəzlərindən birində, hadisənin yaşandığı sinifdə digər şagirdlər tərəfində qeydə alınıb.

Görüntülərdə Elşad Qurbanov adlı riyaziyyat müəllimi sinif otağında dərs dediyi şagirdi qamçılayır.

Bütün bu olanları isə şagirdlərdən biri telefonla çəkib.

Tədris mərkəzinin müdir əvəzi Amaliya Əliyeva bildirib ki, görüntülər eyni mərkəzdə qeydə alınsa da müəllim həmin mərkəzin işçisi deyil sadəcə onların icarədarı olub.

Qeyd edək ki, Elşad Qurbanov adlı müəllim artıq Sumqayıt şəhər Polis İdarəsinə dəvət olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top