![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/5/20/1/acba97fb-9244-4aab-b528-90031cc0589c/zaur-abdullayev.jpg)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb.
Yeniavaz.com Unikal.org-a istinadla xəbər verir ki, xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, ötən ay Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edilib.