Zelenski Yaponiyadadır


Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyada G7 sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu, onların Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamasından bəri ilk görüşüdür.
“Yaponiyaya səfərim və G7 sammitində iştirakım çərçivəsində mən Hindistanın Baş naziri Narendra Modi ilə görüşdüm”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti sammit çərçivəsində həmçinin, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və İtaliyanın Baş naziri Corca Meloni ilə də fikir mübadiləsi aparıb.

DİGƏR XƏBƏRLƏR

Top