
Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirlib.
Yeniavaz.com xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.
İmtahan Səbail rayonu 239 nömrəli tam orta məktəbdə də təşkil olunub. Burada 242 abituriyent imtahan verib. Onlardan 53-ü oğlan, 189-u qız, 14-ü fiziki məhdudiyyətli şəxslərdir.
***09:00
Mayın 20-də III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 22 min 146 abituriyentin iştirakı nəzərdə tutulur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Tətbiqimizi yükləyə bilərsiniz