
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan arasında görüş başa çatıb.
Yeniavaz.com Türkiyə mediasına istinadla xəbər verir ki, görüş 50 dəqiqə davam edib.
***18:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan arasında görüş başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.
***18:12
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğanı bu gün Dolmabağça sarayında qəbul edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Sinan Oğan 14 mayda keçirilən prezident seçkilərində 5,17 faiz səs toplayaraq seçkilərin ikinci tura qalmasına səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz