
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, inzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Ləkit kənd bələdiyyəsinin sədri A.Sədrikazımov, Güllük kənd bələdiyyəsinin sədri F.Qumasov və Qum kənd bələdiyyəsinin sədri S.Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz