
Çox sayda vulkanlarla əhatəli yeni planetin kəşf edildiyi bildirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Elm adamları yeni kəşf edilən "LP 791-18 d" adlı ekzoplanetin vulkanlarla örtüldüyünü açıqlayıb.
Qeyd edilib ki, sözügedən planetin üzərində Yupiterin peykindəki kimi püskürmələr var. Yerdən təxminən 90 işıq ili uzaqda yerləşir.