
Ukraynada Rusiya hücumu nəticəsində zərər görən “Patriot” zenit-raket kompleksi tamamilə təmir edilib.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
"Bir Patriot sistemi zədələnmişdi, lakin indi təmir olunub və tam işlək vəziyyətdədir", - deyə o qeyd edib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Kiyevdəki "Patriot" kompleksini "Kinjal" hipersəs raketi ilə vurduğunu açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz