
Qubada zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:28-də Xınalıq stansiyasından 14 km şərqdə, Quba rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 44 km olub.
Qeyd edilib ki, zəlzələ hiss olunmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz