
Bu ilin ilk 4 ayında Azərbaycan xarici ölkələrə 5 milyard 418,5 milyon dollar dəyərində 6 milyard 513,7 milyon kub metr təbii qaz satıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ixrac olunan təbii qazın 1 kub metri 832 dollar olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ixrac olunan təbii qazın miqdarı bundan çox olsa da, dəyəri daha az olub. Belə ki, 2022-ci ilin ilk 4 ayında Azərbaycan xarici ölkələrə 4 milyard 178,2 milyon dollar dəyərində 76 milyard 233,4 milyon kub metr təbii qaz satıb. Bir kub metr təbii qazın dəyəri 577,6 dollar olub.
Onu da qeyd edək ki, ötən ilin yanvar-aprel ayında ixrac olunan təbii qazın ümumi ixracdakı payı 35,3% olduğu halda, bu ilin ilk 4 ayında 43,1%-ə yüksəlib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz