ABŞ rəsmisi: “Əlizamin Salayevin işini yaxından izləyirik” – Video


“Cənab Əlizamin Salayevin aclıq aksiyası keçirməsi ilə bağlı xəbərlərdən xəbərdarıq və onun işini yaxından izləməyə davam edəcəyik”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə 101 gündür həbsdə aclıq edən AXCP fəalı Əlizamin Salayevlə bağlı sualı cavablandırarkən deyib.
“Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalırıq və bütün hakimiyyət orqanlarını Azərbaycanın öz konstitusiyasından və beynəlxalq müqavilələrdən irəli gələn insan hüquqlarına dair öhdəliklərinə uyğun addımlar atmağa çağırırıq”, - o bildirib.
Qeyd edək ki, Zamin Salayev fevralın 7-də saxlanılıb, ertəsi gün Qaradağ Rayon Məhkəməsi onu həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq - silah və ya silah kimi istifadə olunan əşyaların tətbiqilə zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi açılb. İttiham sübut olunarsa, Salayevi 5 ilədək həbs təhlükəsi gözləyir. Salayev öz həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz olaraq 100 gündür aclıq edir. ABŞ-ın Bakıdakı səfirliyi hakimiyyəti Zamin Salayevi və digər siyasi məhbusları azad etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top