"Azərbaycan və Ermənistan üç gün əvvəl irəliyə doğru addım atdılar"

ermənilərin neçə faizi paşinyanı bəyənmir? – “gallup”dan daha bir sorğu
Ermənistanın baş naziri Nikol Paşinyan 86,6 min kvadrat kilometr ərazidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.
Yeniavaz.com
"Sputnik Ermənistan"a istinadən xəbər verir ki, o, bunu Avropa Şurasının İslandiyada keçirilən sammitində çıxışı zamanı deyib.
Azərbaycanla münasibətlərin normallaşmasına toxunan Ermənistanın baş naziri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin son bəyanatını xatırladıb:
"Üç gün əvvəl Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrini, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır".

DİGƏR XƏBƏRLƏR

Top