Azərbaycanda cəmi 86 koronavirus daşıyıcısı var


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 324 nəfər müalicə olunaraq sağalıb, 10 268 nəfər vəfat edib, aktiv xəstə sayı 86 nəfərdir.
Ölkədə son sutka ərzində 1 396, hazırkı dövrədək isə 7 606 257 test aparılıb.

Son sutkada, həmçinin koronavirus (COVID-19) əleyhinə 100 vaksin vurulub.
Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 24, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 963 300, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 085, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 841, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 177, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 197 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top