
ABŞ-ın istənilən prezidenti dünya və Yaxı şərq regionunun real həqiqətini düzgün başa düşməlidir. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı deyib. O bildirib: “Biz digər ölkələrin daxili işlərinə qarışmırıq. Bu, Amerika xalqının seçimidir. İran və ABŞ-ın diplomatik münasibətləri yoxdur”. Nazir xatırladıb ki, ABŞ İrana qarşı sanskiyaların götürülməsi üzrə beynəlxalq hərtərəfli fəaliyyət planı üzrə üzərinə öhdəlik götürən ölkə olduğuna görə Vaşinqton onlara əməl etməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz