Türk əsgərləri şəhid oldu - Şırnakda qarşıdurma


Türkiyədə terrorçularla atışmada daha bir hərbçi şəhid olub.
Yeniavaz.com
xəbər verir ki, beləliklə, şəhid olan hərbçilərin sayı 3-ə çatıb.

***13:49
Şırnak vilayətinin Bestler Dərələr bölgəsində türk əsgərləri ilə terrorçular arasında atışma olub.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, nəticədə 2 əsgər şəhid olub, 1 əsgər və 1 mühafizəçi ağır yaralanıb.
Qeyd olunub ki, ötən gün Şırnakın Bestler Dərələr bölgəsində həyata keçirilən hərbi əməliyyatla PKK terror təşkilatının 1 üzvü zərərsizləşdirilib.
Davam edən əməliyyat çərçivəsində bu gün ərazidə aparılan axtarışlar zamanı mağarada qapalı şəraitdə qalan bir qrup terrorçu ilə atışma olub.
Bu zaman daha iki terrorçu zərərsizləşdirilib.
Əməliyyatda, həmçinin 2 Jandarma əməkdaşı şəhid olub, 1 mühafizəçi və 1 Jandarma əməkdaşı ağır yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top