Rusiya Kiyevə kütləvi raket hücumu edib


Rusiya mayın 16-da səhər tezdən Ukraynanın paytaxtı Kiyevə səkkizinci kütləvi hücumu həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.
“Bu dəfə düşmən PUA-lar, qanadlı raketlər və ehtimal ki, ballistik raketlərdən istifadə etməklə eyni vaxtda müxtəlif istiqamətlərdən kompleks hücuma keçdi.
Ən böyük ziyan Solomyansk rayonunda olub - qeyri-yaşayış binasında və bir neçə avtomobil texnikasında yanğın olub. Yanğın söndürülüb. Qalan rayonlarda dəymiş ziyan elə də böyük deyil - onların əksəriyyətində dağıntıların dayanmış avtomobillərin üzərinə, ona bitişik əraziyə və ya meşə parkı ərazisinə düşdüyü məlum olub”, - məlumatda bildirilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı isə hücumun hərbi təfərrüatlarını açıqlayıb:
“16 may saat 03:30 radələrində rus işğalçıları müxtəlif tipli 18 hava, dəniz və quru raketləri ilə şimaldan, cənubdan və şərqdən Ukraynaya hücum edib.
Altı MiQ-31K təyyarəsindən altı ədəd Kh-47M2 “Kinjal” aeroballistik raketi, Qara dənizdəki gəmilərdən 9 Kalibr qanadlı raketi və üç quru raketi (S-400, İskəndər-M) atılıb.
18 raketin hamısı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”.
Zəzərçəkənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top