
Cümhuriyyət Xalq Partiyasının 14 mayda seçki nəticəsi ekranı yayımlamaması geniş müzakirələrə səbəb olub. Bundan sonra CHP-nin sədr müavini Onursal Adıgözəl Tvitterdə tənqidlərə cavab xarakterli açıqlama yayıb. Onun bu açıqlamasından bir neçə saat sonra CHP sədri Kamal Kılıçdaroğlu Kommunikasiya Texnologiyalarından məsul müavinini vəzifəsindən azad edib.
Yeniavaz.com xəbər verir ki, bu qərarı “Sözcü” qəzetinin yazarı İsmail Saymaz eyniadlı telekanalın efirində elan edib.
Daha sonra O.Adıgözəl də bu barədə Tvitter hesabında paylaşım edib.
“İctimaiyyətdə formalaşan mənfi rəy səbəbilə seçki axşamı sistemlərimizin işləməsinə və heç bir texniki nasazlıq yaşanmamasına baxmayaraq sədrimiz cənab Kalam Kılıçdaroğlunun seçki prosesinə zərər verməmək adına 2018-ci ildən bəri icra etdiyim vəzifəmdən ayrılıram”, - paylaşımda bildirilib.
Kamuoyunda oluşan olumsuz kanaat nedeniyle, seçim akşamı sistemlerimiz çalışmasına ve hiçbir teknik aksaklık yaşanmamasına rağmen, Genel Başkanımız Sayın Kemal Kılıçdaroğlu’nun seçim sürecine zarar vermemek adına 2018 yılından bu yana sürdürdüğüm görevimden ayrılıyorum. pic.twitter.com/GebfWAfgmi
— Onursal Adıgüzel (@onursaladiguzel) May 15, 2023