Ali Məclis sədrinə yeni müavin seçildi


Hazırda altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.
Yeniavaz.com
 NUHÇIXAN-a istindən xəbər verir ki, sessiyada Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib.
Məlumata görə, Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.
Qeyd edilib ki, Sessiya davam edir. İctimaiyyətə sessiyanın gedişi ilə bağlı ətraflı məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top