Sabiq icra başçısı kassasiya şikayətini geri götürdü


Biləsuvarın məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevlə bağlı məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrlik etdiyi iclasda həm məhkum şəxs, həm zərərçəkmiş qurum tərəfindən verilən şikayətlərin geri götürüldüyü elan olunub.
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top