ABŞ Dövlət Departamenti Brüsseldəki görüşə münasibət bildirdi


“Bununla bağlı heç bir xüsusi şərhim yoxdur. Mən iki tərəfə yenilikləri danışmağa icazə verəcəyəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə jurnalistin Brüssel danışıqları ilə bağlı sualına cavab olaraq bildirib.
“Aydındır ki, ABŞ bu danışıqlarda tərəf deyildi. Lakin Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, biz bu iki ölkə arasında davamlı sülhün mümkünlüyünü axtarmağa davam etdiyimiz üçün bunların irəliyə doğru mühüm addımlar olduğuna inanırıq”, - V.Patel bildirib.
Qeyd edək ki, mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub.

DİGƏR XƏBƏRLƏR

Top