Türkiyədə seçkilərin yekun nəticələri bilindi - Rəsmi


“Dünən səhər saat 08:00-da (Bakı vaxtı ilə 09:00) başlayan prezident və 28-ci parlament seçkiləri bu gün xarici səslərin sayılması ilə başa çatıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin Yüksək Seçki Qurumunun sədri Ahmet Yener canlı yayımda deyib.
O, saat 15:15-ə (Bakı vaxtı ilə 16:15) olan məlumata görə, prezident seçkilərinin qeyri-müəyyən nəticələrini açıqlayıb və bildirib ki, namizədlərin əldə etdikləri səslər aşağıdakı kimi olub:
Rəcəb Tayyib Ərdoğan: 49,51 faiz
Kamal Kılıçdaroğlu: 44,88 faiz
Sinan Oğan: 5,17 faiz
Məhərrəm İncə: 0,44 faiz
Qeyd olunub ki, beləliklə, prezident seçkiləri ikinci tura qalıb.
“İkinci tur bazar günü, mayın 28-də keçiriləcək”, - A. Yener bildirib.

DİGƏR XƏBƏRLƏR

Top