
"Təbii ki, bu günlərdə Türkiyədən gələn xəbərləri böyük maraq və diqqətlə izləyirik".
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz türk xalqının seçiminə hörmətlə yanaşırıq və yanaşacağıq. Amma hər halda, əməkdaşlığımızın davam etməsini, dərinləşməsini və genişlənməsini gözləyirik", - Kremlin sözçüsü bildirib.
Peskov qeyd edib ki, Moskva ilə Ankara arasında əməkdaşlıq həqiqətən qarşılıqlıdır və iki ölkə xalqlarının maraqlarına cavab verir:
"Türkiyə şəffaf seçkiləri təmin etməyə, qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan güclü suveren ölkədir".
Tətbiqimizi yükləyə bilərsiniz