Azərbaycandakı seçicilər ən çox kimə səs verib?


Türkiyədə baş tutan prezident və parlament seçkiləri üçün ölkə xaricində keçirilən səsvermələrin ən son nəticələri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, “Anadolu Ajansı” Azərbaycandakı toplam 15 seçki qutusunun 100 faizinin açıldığını bildirib.
Nəticələrə görə, Cümhur İttifaqının namizədi, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan 49,42%, Millət İttifaqının namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 41,92%, ATA İttifaqının namizədi Sinan Oğan 6,42%, Məmləkət Partiyasının sədri Məhərrəm İncə isə 2,24% səs toplayıb.
Qeyd edilib ki, açıqlanan rəqəmlər rəsmi deyil. Rəsmi nəticələri Türkiyənin Yüksək Seçim Qurumu açıqlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top