““Oldu, bitti”yə imkan verməyəcəyik” – Kılıçdaroğlu


"Meydandakı demokratiya nəfərlərinə səslənirəm, seçki qutularını və seçki komissiyalarını tərk etməyin. Hər bir səs hesablanana qədər buradayıq. “Oldu, bitti”yə imkan verməyəcəyik".
Yeniavaz.com
xəbər verir ki, bunu “Millət” alyansının namizədi və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu seçkinin nəticələri ilə bağlı çıxışında deyib.
“Səslərimizin çox olduğu qutulardan təkrar etirazlarla sistemi bloklayırlar. Məsələn, Ankarada 300, İstanbulda 783 seçki qutusuna qarşı davamlı etirazlar var. 6 dəfə etiraz edilən seçki qutusu var. 11 dəfə etiraz edilən seçki qutusu var. Sizin blok etdiyiniz Türkiyənin iradəsidir. Etirazlarla bunun qarşısını ala bilməzsiniz.
Biz heç vaxt bunun olmasına icazə verməyəcəyik. Manipulyasiya ilə məşğul olmağı dayandırın. Bu məsələ ciddidir. İmkan verin, səslər gəlsin, nəticə bilinsin. Ölkə artıq qeyri-müəyyənliyə dözə bilmir.
Yenə deyirəm, bu millətin iradəsinə mane olmayın” – K. Kılıçdaroğlu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top