"Kılıçdaroğlunda 47,7, Ərdoğanda isə 45,8 faizdir" - Yenilənib


Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş seçki qutularından gələn son nəticələri açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, 192 min 160 seçki qutusundan 130 min 260-nın sayıldığını bildirib və məlumatların onlara ötürüldüyünü bəyan edib.
Yavaş deyib ki, “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu 47,7 faiz səslə öndədir:
"Seçki qutularından Kılıçdaroğluna hələ ki 19 milyon 997 min səs çıxıb. “Cumhur” alyansının namizədi Rəcəb Tayyib Ərdoğana verilən səslərin faiz nisbəti isə 45,8-dir. Ona seçki qutularından 19 milyon 286 min 773 səs çıxıb”.

***22:11
“Digər ittifaq öndə olduğumuz seçki qutularının nəticələrinə etiraz edir, təbii ki, bu onların haqqıdır. Amma buna görə dəqiq məlumat verə bilmirik”.
Yeniavaz.com
xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib.
Bələdiyyə sədri bildirib ki, onlara verilən məlumatlara əsasən, Kamal Kılıçdaroğlunun nəticələri müsbət, əsas rəqibi Rəcəb Tayyib Ərdoğanın nəticələri isə mənfi istiqamətdə irəliləyir.
Daha sonra Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş onlara seçki qutularından gələn nəticələri açıqlayıb.
O bildirib ki, 192 min 160 seçki qutusundan 91 min 913 seçki qutusunun nəticəsi bilinib.
M.Yavaş qeyd edib ki, “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu 47,42 faiz səslə öndədir:
"Seçki qutularından Kılıçdaroğluna hələ ki 11 milyon 428 min 512 səs çıxıb. “Cumhur” alyansının namizədi Rəcəb Tayyib Ərdoğan isə 46,80 faizlə K. Kılıçdaroğlunu izləyir. Ona isə seçki qutularından 11 milyon 278 min 773 səs çıxıb.
“Ata” alyansının namizədi Sinan Oğan isə hələ ki, ona çıxan 1 milyon 283 min 775 səslə 5,33 faizdədir".
M. Yavaş əlavə edib ki, Anakara, İstanbul və İzmirin seçki qutularının nəticələrinin əksəriyyəti onlara gəlməyib.
Qeyd edək ki, “Anadolu” agentliyinin yaydığı məlumatlara əsasən isə, hazırkı Prezident və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ilkin nəticələrə görə 51,33 faiz səslə öndədir.
Onu Cümhuriyyət Xalq Partiyasının sədri və “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu 42,85 faiz səslə izləyir.
İndiyədək açılan seçki qutularının nəticələrinə görə, “Ata” alyansının namizədi Sinan Oğan 5,31 faiz, Məmləkət Partiyasının sədri Məhərrəm İncə isə 0,51 faiz səs toplayıb.
Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Məmləkət Partiyasının lideri Məhərrəm İncə mayın 11-də namizədliyini geri götürdüyünü açıqlayıb. Rəqabətin əsasən “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu və “Cumhur” alyansının namizədi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçəcəyi gözlənilir.
Həmçinin “Ata” alyansının təmsilçisi Sinan Oğan da namizədlər arasındadır.

DİGƏR XƏBƏRLƏR

Top