""Anadolu" agentliyinin açıqladığı nəticələrə inanmayın" - İmamoğlu


““Anadolu” agentliyinin heç bir etibarlılığı yoxdur”.
Yeniavaz.com
xəbər verir bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib.
O “Anadolu” agentliyinin açıqladığı seçki nəticələrinə etibar etməməyə çağırıb.
Qeyd edək ki, “Anadolu” agentliyinin yaydığı məlumatlara əsasən, hazırkı Prezident və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ilkin nəticələrə görə 53,17 faiz səslə öndədir.
Onu Cümhuriyyət Xalq Partiyasının sədri və “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu 40,88 faiz səslə izləyir.
İndiyədək açılan seçki qutularının nəticələrinə görə, “Ata” alyansının namizədi Sinan Oğan 5,39 faiz, Məmləkət Partiyasının sədri Məhərrəm İncə isə 0,56 faiz səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top