Türkiyədə seçkilərlə bağlı yayım qadağası götürüldü


Türkiyədə seçkilərlə bağlı yayım qadağaları aradan qaldırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Qurumunun (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında danışıb.
Bildirilib ki, qadağalar yerli vaxtla 18:30 etibarı ilə götürülüb.
Xatırladaq ki, yerli vaxtla 08:00 da başlayam seçkilər 17:00-da tamamlanıb.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Məmləkət Partiyasının lideri Məhərrəm İncə mayın 11-də namizədliyini geri götürdüyünü açıqlayıb. Rəqabətin əsasən “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu və “Cumhur” alyansının namizədi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçəcəyi gözlənilir.
Həmçinin “Ata” alyansının təmsilçisi Sinan Oğan da namizədlər arasındadır.

DİGƏR XƏBƏRLƏR

Top