Türkiyədə seçiciləri yönləndirən 5 nəfər saxlanıldı


Türkiyədə seçiciləri yönləndirmək istəyən 5 nəfər saxlanılıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Siirt vilayətində nümunə seçki bülletenini göstərərək seçiciləri Yaşıl Sol Partiyaya (YSP) səs verməyə yönəldən 5 nəfər saxlanılıb.
Mərkəz Şehit Müəllim İsmail Çelik Orta Məktəbində M.A, Hürriyyət İbtidai məktəbində Ç.T., Dadaşlar İbtidai məktəbində Ş.O. ilə M.B. və Fatih orta məktəbində N.S-nin "bəli" möhürü hazır olan seçki bülleteni nümunəsini göstərərək seçiciləri yönləndirdiyi müəyyən edilib.
Sözügedən şəxslər barəsində 298 saylı Seçkilərin Əsas Müddəaları və Seçki Reyestrləri Haqqında Qanun əsasında tədbir görülüb.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.
Xatırladaq ki, Məmləkət Partiyasının lideri Məhərrəm İncə mayın 11-də namizədliyini geri götürdüyünü açıqlayıb. Rəqabətin əsasən “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu və “Cumhur” alyansının namizədi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçəcəyi gözlənilir.
Həmçinin “Ata” alyansının təmsilçisi Sinan Oğan da namizədlər arasındadır.

DİGƏR XƏBƏRLƏR

Top