Türkiyədə 3 nəfər seçki qutusunun başında öldü


Türkiyədə seçki qutularının başında 3 vətəndaş dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, ölüm hadiəsisinin 3-ü də ölkənin şimal-şərqində, Karadeniz regionunda baş verib.
Belə ki, Rize vilayətinin Pazar səmtində çay satışı məntəqəsində qurulan seçki qutusunun başında infarkt keçirən AKP seçki məmuru Şeref Kurt (64) müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Trabzonun Akçaabat rayonunda səsvermə zamanı infarkt keçirən qadın da dünyasını dəyişib.
Giresunun Espiye rayonunda seçki qutusunun başında infarkt keçirən 85 yaşlı İsmail Yıldızı da xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Məmləkət Partiyasının lideri Məhərrəm İncə mayın 11-də namizədliyini geri götürdüyünü açıqlayıb. Rəqabətin əsasən “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu və “Cumhur” alyansının namizədi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçəcəyi gözlənilir.
Həmçinin “Ata” alyansının təmsilçisi Sinan Oğan da namizədlər arasındadır.

DİGƏR XƏBƏRLƏR

Top