Donetskdə 2 rus polkovniki öldürülüb


““Donetsk Xalq Respublikası”nda gedən döyüşlər zamanı 4-cü motoatıcı briqadanın komandiri polkovnik Vyaçeslav Makarov həlak olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
“4-cü motoatıcı briqadanın komandiri polkovnik Vyaçeslav Makarov ön cəbhədə olmaqla döyüşə şəxsən rəhbərlik edirdi. Düşmənin iki hücumu dəf edildi. Briqadanın hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin üç tankını, dörd piyada döyüş maşını və iki zirehli texnikasını məhv ediblər. Üçüncü hücumun əks olunması zamanı briqada komandiri ağır yaralanıb və döyüş meydanından təxliyə zamanı dünyasını dəyişib”, - Konaşenkov bildirib.
O, həmçinin şəxsi heyətin hərəkətlərinə rəhbərlik edən ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini polkovnik Yevgeni Brovkonun vəfat etdiyini açıqlayıb.
“Hücumlardan birini dəf etmək üçün döyüş zamanı polkovnik Yevgeni Brovko çoxsaylı qəlpə yaraları alaraq qəhrəmancasına həlak olub”, - Konaşenkov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top