İddia: "Bülletendə möhürlər Ərdoğanın şəklinin üzərinə vurulub" – Foto


Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçirilir.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, səsvermənin startından sonra qanun pozuntuları barədə xəbərlər də yayılmağa başlayıb.
Giresunda baş verən hadisədə seçki bülletenlərinin arxasına vurulan möhürün öndən göründüyü müəyyən edilib.
Prezident seçki bülleteninin arxa tərəfində çap olunan möhürün namizədlərdən biri Rəcəb Tayyib Ərdoğanın şəklinin altına düşməsi diqqət çəkib.
1222 saylı seçki qutusunda aşkarlanan bu vəziyyətdən sonra CHP-nin vəkilləri hesabat alındığını və lazımi etirazların edildiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top