
Bu gün Belçikanın paytaxtı Brüsseldə Bakı vaxtı ilə saat 15:00-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənir.
Yeniavaz.com xəbər verir ki, İ.Əliyev və N.Paşinyan artıq ötən gün Brüsselə gediblər.
Bu ana qədər Mişel və Paşinyanın qeyri-rəsmi görüşü olub. Bu gün səhər isə Şarl Mişelin İlham Əliyevlə görüşəcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, Ş.Mişelin təşəbbüsü ilə bu üçtərəfli formatda görüş sonuncu dəfə Brüsseldə keçən ilin dekabtın 7-də keçirilməli idi. Lakin Ermənistan həmin görüşdə Fransa prezidenti Emmanuel Makronun iştirakında təkid etdiyindən görüş baş tutmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz