“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu olub – Video


“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümünün qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, Ağdam təmsilçisi XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları vaxtından əvvəl rəsmiləşdirib.
Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi “Sabah” (77 xal) üçün əlçatmaz olub.
Beləliklə, “Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla “Neftçi”yə məxsus olub.
“Sabah” cari mövsümü gümüş, “Neftçi” isə bürünc mükafatçı kimi başa vurmağı təmin edib.

DİGƏR XƏBƏRLƏR

Top