ABŞ-da evin damına 4,5 milyard illik meteor düşdü


Ötən həftə ABŞ-da bir evin damına düşən təxminən 1 kiloqramlıq obyektin milyard illər əvvələ aid meteor olduğu ortaya çıxıb.
Yeniavaz.com
xarici mediaya istinadla xəbər verir ki, Nyu Cersi Universitetinin alimləri mayın 9-da bir evin damını deşərək evin içinə düşən daşın 4,5 milyard illik meteor olduğunu açıqlayıb.
Kosmosdan düşən meteorun yaxından tədqiq edilməsinin son dərəcə nadir olduğunu bildirən alimlər obyektin əla vəziyyətdə olan əsl xondrit meteor olduğunu söyləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top