Məşhur quşçuluq müəssisəsinin sahibi 91 minlik tender uddu – Şahmat yarışı təşkil edəcək


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com 
xəbər verir ki, şahmat yarışının təşkili məqsədiylə keçirilən müsabiqənin qalibi “Mına” MMC (VÖEN – 5400764141) olub.
Tenderin qalibi olan MMC-yə 90 min 560 manat veriləcək.
Qeyd edək ki, “Mına” MMC 3 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Qardaşov Zaur Zahid oğludur. Şirkətin hüquqi ünvanı isə İsmayıllı şəhəri, Rəsul Rza, ev 5, m. 5-də yerləşir.
Məlumat üçün bildirək ki, Qardaşov Zaur Zahid oğlu “İsmayılı Quşçuluq” ASC-nin (VÖEN – 5400059871) əsas səhmdarı olub. “İsmayılı Quşçuluq” ASC-nin səhmlərinin 50,09%-i Zaur Qaraşova məxsusdur. Səhmlərin digər hissəsi - 34,17%-i Qardaşova Siyasət Cəlil qızına, 10,96%-i Qardaşov Zahid Əhməd oğluna məxsusdur. ASC-nin sədri isə Zahid Əhmədov olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top