Ermənistana məxsus komanda-qərargah maşını məhv edildi - Video


Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşınını (KŞM) məhv edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

Bildirilib ki, KŞM-dən kəşfiyyat və atəşə nəzarət məqsədilə istifadə edilib:

“Məhv edilmiş texnikadan Ermənistanın ordumuza qarşı təxribat törətmək üçün istifadə etdiyi zərbə və kəşfiyyat PUA-larına nəzarət edilib”.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top