“Lazım gəlsə 15 iyulda olduğu kimi canımız bahasına müstəqilliyimizə sahib çıxarıq” – Ərdoğan


“Sevgimiz də, mübarizəmiz də sevimli millətimiz üçündür. Biz özümüzə görə heç kimlə dalaşmarıq. Məsələ millətimiz olanda isə heç kimi tanımarıq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə yazıb.
“Canımızı dişimizə sıxaraq sevdiyimiz millətimiz üçün iş görməyi özümüzə borc bilirik. Biz layihələr qurur, əsərlər hazırlayır könül siyasəti aparırıq. Qarşımıza hansı tələ qurulsa, biz vətənimizə xidmətdən əl çəkməyəcəyik. Biz sərmayələrlə ölkəmizi, şəhərlərimizi, yəni çörəyimizi böyütməkdən çəkinmirik. Hansı hücumlarla üzləşsək də, millətin iradəsinə, demokratiyamıza kölgə salmayacağıq. Lazım gəlsə 15 iyul gecəsi olduğu kimi canımız bahasına müstəqilliyimizə, gələcəyimizə sahib çıxarıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyədə bu bazar, 14 mayda prezident seçkiləri keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top