"Ukrayna Soledarda bütün təmas xətti boyunca hücuma keçib"


Ukrayna Silahlı Qüvvələri Soledar taktiki istiqamətində bütün təmas xətti boyunca hücum əməliyyatları həyata keçirib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
"Ukrayna Silahlı Qüvvələrinin bölmələri 1000-dən çox hərbçinin, 40-a qədər tankın, eləcə də digər hərbi və xüsusi texnikanın iştirak etdiyi 26 hücum həyata keçirib. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin bütün hücumları dəf edilib", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top