Azərbaycanda 17 uşaqlı ailə... - Video


Bərdənin Cəyirli kəndində yaşayan İsgəndərovlar Azərbaycanda ən çox uşağı olan ailədir.
Yeniavaz.com
"Azadlıq radiosu"na istinadən bildirir ki, bu ailənin 17 uşağı var.
Böyüklərdən ikisi ailə qurub, 11 uşaq isə 18 yaşına çatmayıb. Ən böyük övlad olan Yunisin 25 yaşı var, ən kiçik olan İnci isə yaş yarımlıqdır.
17 uşaq anası Tünzalə İsgəndərova bildirir ki, 17 uşaqlı ailə olsalar da, müavinətdən başqa hansısa güzəştlər olunmayıb:
"Mehriban xanımın qəbulunda olmuşam. Xəbəri buranın İcra Hakimiyyətinə göndəriblər. O da deyib ki, "mən sizə maşını hardan alıb verim?" Ev üçün məktub yazmışam, onu da verməyiblər".
Uşaqların atası Taleh İsgəndərov isə bildirib ki, əvvəllər mal-qarası olub, lakin otlaq sahəsi olmadığına görə onları satmaq məcburiyyətində qalıb:
"Kənt təsərrüfatı naziri ilə Ağdaşda görüşdüm. Dedim ki, bizə heç olmazsa 1 hektar torpaq verilsin ki, heyvanlarımı saxlayım. O dedi ki, "bizim torpağımız yoxdur"".
Daha ətraflı reportajda:

DİGƏR XƏBƏRLƏR

Top