Düşmənin hərbi infrastrukturu belə məhv edildi - Video


Azərbaycan ordusunun Basarkeçər rayonunun Zod istiqamətində düşmənin hərbi infrastrukturunu məhv etməsinin görüntüləri yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Caliber” video paylaşıb.
Belə görünür, Brüsseldə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Nikol Paşinyan 2020-ci ilin iyulu qaydasında yeni Tovuz təxribatı etmək qərarına gəlib. Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə isə şəhid olub. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

DİGƏR XƏBƏRLƏR

Top