"Bakı və İrəvandan təmkinli yanaşma gözləyirik" - Kreml


“İrəvanla Bakı arasında yeni gərginlik fonunda Rusiya prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə təmasları hazırda planlaşdırılmır”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablayarkən deyib.
"Hələ yox, amma təmaslar davam edir. Elə srağagün Putin Moskvada olan Paşinyanla ayrıca danışıb, Azərbaycan tərəfi ilə təmaslar davam edir. Rusiya üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməyə davam edir. ”, - deyə Kreml nümayəndəsi  bildirib.
"Əlbəttə, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq. Bakı və İrəvanla təmaslarımızı davam etdirəcəyik", - Peskov yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin sərhədin Zod istiqamətində mövqelərimizi atəşə tutması nəticəsində Azərbaycan Ordusunun 1 əsgərinin şəhid olması, 1 əsgərinin isə yaralanması barədə məlumat yayıb.
Ermənistan tərəfi döyüş əməliyyatları nəticəsində 4 nəfərin yaralandığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top