"Birbaşa uçuşlar bərpa olunsa, Gürcüstanı sanksiyalar gözləyir" - ABŞ


ABŞ Dövlət Departamenti rəsmi Tbilisiyə Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunacağı təqdirdə mümkün sanksiyalarla bağlı xəbərdarlıq edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən bildirir ki, bu barədə Dövlət Departamenti Gürcüstanın "Accent" nəşrinə bildirib.
"Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanını keçməsini qadağan edir. ABŞ ölkələr arasında birbaşa uçuşlar həyata keçiriləcəyi təqdirdə Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyündən narahatdır", - bəyanatda deyilir.
Xatırladaq ki, Rusiya mayın 10-da Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimini ləğv edib. Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr 2008-ci ilin avqustunda, Moskva Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyandan sonra kəsilib.

DİGƏR XƏBƏRLƏR

Top